Maaş
:Ştat cədvəlinə uyğun olaraq
Qeyd
Ay ərzində Regional idarənin anbarları tərəfindən təqdim edilən ərzaq məhsullarının satışını təmin etmək. (mədaxil və məxaric qaimələrinin, təqdim edilmiş malların təhvil-qəbul aktlarının 1C proqramında düzgünlüyünü yoxlamaq).
Gündəlik mərkəzi regional anbardan regional idarələrə gedən və mərkəzi anbara qaytarılan malların yerdəyişmələrin düzgünlüyünü sənəddə olduğu kimi 1C proqramında qəbul edilməsinə nəzarət etmək.
Debitor Borclar haqqında məlumatı (Alıcılar üzrə hesabat) gündəlik olaraq region müdirinə və təchizatçılara təqdim etmək və ödənişlərin təmin edilməsini tələb etmək.
Gün ərzində Satınalan təşkilatlarla yaranan problemləri aradan qaldırmaq.
Regional idarələrinin mühasib operatorlarına sənədlərin vaxtlı vaxtında çatdırılması.
Anbarlara alınan malların portal qiymətini, portal adını yoxlamaq üçün malsatanlardan təqdim edilən qaimələrin, təqdim edilmiş malların təhvil-qəbul aktlarının rəsmiləşdirilmiş, imza və anbar möhürlərinin yoxlanılması.
Ay sonunda satınalan müəssisələrə üzləşmə aktları, hesab-fakturalar, müəyyən təşkilatlara əlavə olaraq tərəfimizdən göndərilən elektron qaimə və elektron vergi hesab-fakturaları çap edib rəhbərliyin imza və möhürü ilə təqdim edilməsi.
Ay sonunda anbar qalıqlarına nəzarət etmək və anbar qalıqlarını region müdiri və anbardar tərəfindən imzaladıb rəhbərliyə təqdim etmək.